Kanada və ABŞ-dan öndə olduq - PEYK MÜSABİQƏSİ
Bizi izləyin

Elm və təhsil

Kanada və ABŞ-dan öndə olduq - PEYK MÜSABİQƏSİ

Beynəlxalq “CanSat” (Model Peyk) müsabiqəsində müvəffəqiyyətlə çıxış edən Milli Aviasiya Akademiyasının “NaaSat” komandası finalda model peyklərini səmaya buraxacaq.

Publika.az xəbər verir ki, komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Nepal və Türkiyənin qabaqcıl universitetlərinin qatıldığı 87 komanda arasından seçilərək müsabiqənin son mərhələsində iştirak hüququ qazanıb.

Ölkəmiz ikinci dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, “NaaSAT” komandası Polşanın ötənilki qalib komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.

“NaaSAT” komandası peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçib.

İlk ən yüksək nəticə göstərən 40 komanda sırasına düşən komanda 11 iyun 2017-cı il tarixində ABŞ-ın Texas ştatında keçirilən və müsabiqənin növbəti turu olan uçuş mərhələsində iştirak edib. Bu mərhələdə proqramda nəzərdə tutulduğu kimi uğurlu siqnal – telemetriya qəbul edilib.

Beləliklə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı növbəti model peyk layihəsi uğurla sona çatıb.

“CanSat” layihəsində iştirak etmək gələcəkdə “Nano” və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübəni daha da təkmilləşdirmiş olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm