• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Magistraturada bir yerə olan namizədlərin sayı açıqlandı

Magistraturada bir yerə olan namizədlərin sayı açıqlandı

AMEA magistratura pilləsinə bir yerə 20, bəzilərinə 50 namizəd var.

Publika.az xəbər verir ki, bu sözləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Əminağa Sadıqov deyib.

O, Akademiyanın magistratura pilləsinə növbəti tədris ili üçün qəbulun gedişatından, gənclərdə elmə böyük marağın olduğunu vurğulayıb.

“AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizə təqdim edilib. O cümlədən orta hesabla hər bir yerə 20-dən artıq ərizə verilib, bəzi ixtisaslarda isə bu rəqəm 50-yə yaxındır”.

Ə.Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq. O, Akademiyadan müxtəlif ixtisaslar üzrə 18 nəfərin məzun olmasını, onların magistr dissertasiya işlərini yüksək səviyyədə müdafiə etmələrini AMEA-nın həyatında tarixi hadisə kimi qiymətləndirib, məzunlara diplom təqdimetmə mərasiminin təntənə ilə qeyd ediləcəyini bildirib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR