Kanzas Universiteti nümayəndələri AMEA-da
Bizi izləyin

Elm və təhsil

Kanzas Universiteti nümayəndələri AMEA-da

Amerikalı alimlər Azərbaycan Milli Elmlər Akademiyasının qonağı olub.

Bu haqda Publika.az-a AMEA-dan məlumat verib.

ABŞ-ın Kanzas Universitetinin alimləri - Levis Mennerik və Mehrəngiz Nəcəfizadə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda olublar.

Qonaqlar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda gender bərabərliyi, qadın azadlığı, insan haqları məsələləri və təhsil problemləri mövzusunda araşdırmalar məqsədi ilə müəssisənin fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli ilə görüşdə qonaqlara Azərbaycan ədəbiyyatında və folklorunda qadın azadlığı, ailə münasibətləri haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm