Nazirdən akademik borclar barədə əmr
Bizi izləyin

Elm və təhsil

Nazirdən akademik borclar barədə əmr

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliyin tətbiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Publika.az xəbər verir ki, əmrdə ali təhsil müəssisələrinin rəhbərləri qərarın 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunması tapşırılıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə Qərardan irəli gələn məsələləri həll etməyi və digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin son dəyişikliyə görə akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Digər tələbələr isə imtahanda iştiraka görə həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaqlar. Həmçinin, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm