• USD 1,7000 0,00% EUR 2,0630 -0,36%
    • GBP 2,3223 -0,33% RUB 0,0226 0,00%

Alimlər AMEA-nın qarşısına toplandı - EV QALMAQALI

Alimlər AMEA-nın qarşısına toplandı - EV QALMAQALI

Azərbaycan Milli Elmlər Akademiyası alimləri üçün tikilən binada ev almaq istəyən 30-yaxın şəxs akademiya binası qarşısına toplanıb.

Publika.az xəbər verir ki, AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlama verən İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev hər bir müraciətin araşdırılacağını deyib.

“Məlum olduğu kimi, AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil ayrılması məsələsi barədə 23 iyun 2017-ci il tarixində mətbuatda geniş açıqlama yayılıb.

Məlumat üçün bildirirəm ki, həmin yataqxana sakinlərindən 30-a yaxın vətəndaş 05 iyul 2017-ci il tarixdə qəbul edilmələri üçün AMEA-nın inzibati binasının qarşısına toplanıb. Onların hər biri fərdi qaydada AMEA-nın rəhbərliyi tərəfindən qəbul edilmiş, diqqətlə dinlənilmiş, qaldırdıqları məsələlər və şikayətləri barədə onlara ətraflı izahatlar verilib. Qəbula gələn həmin vətəndaşlar əsasən AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir. Mənzil məsələsinin kollektiv qaydada araşdırılması və ümumi qaydada həllinin mümkün olmadığı bir daha onların diqqətinə çatdırılmış və ərizə ilə fərdi qaydada mənzil komissiyasına müraciət etmələri məsləhət bilinib.

Bir daha bildiririk ki, müraciətlərin hər biri diqqətlə araşdırılacaq və müraciət edənlərə müvafiq cavab veriləcək”, - deyə, açıqlamada qeyd olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR