Məleykə Abbaszadə xanım işçilərdən şikayətləndi
Bizi izləyin

Elm və təhsil

Məleykə Abbaszadə xanım işçilərdən şikayətləndi

"Mən də əvvəllər dövlət qurumuna rəhbərlik edəndə, Dövlət Qulluğuna qəbul Komissiyasına etirazım olub".

Publika.az bildirir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul edilən şəxslərin peşələri üzrə standartlara uyğun olmaması ilə bağlı suala cavab verərkən deyib: “Mən özüm də dövlət qurumuna rəhbərlik etmişəm, o zaman Dövlət Qulluğuna Qəbul Komisisyası tərəfindən qəbul edilən müəyyən şəxsləri işə götürürdük. Hərdən mənim də dövlət qulluğu komissiyasına etirazım olub. Bəzən xanımları müəyyən vəzifələrə göndərirdilər. Çünki onların azyaşlı usağı olub. Buna görə də, onları şənbə, bazar, gecə işlərinə cəlb edə bilməmişik. Bəzən xanımlara bunu deyəndə onlar bütün bu şərtlərə razı olduqlarını deyirlər. Mən onların həyat yoldaşlarından yazılı sənəd tələb etmişəm. Əlbəttə, heç kim gətirməyib”.

Lakin bununla yanaşı DİM rəsmisi dövlət qulluğuna qəbulda iştirakçılara güzəştin edilməsilə razılaşmadığını söyləyib: “İmtahan sistemində güzəşt nəzərdə tutulmayıb. Hansı mütəxəssislərin imtahanda iştirak etməsi məsələsi dövlət orqanları özləri müəyyən edir. Hər bir ixtisas tələbini dövlət orqanı müəyyənləşdirir. Hər hansı bir qrumda tələb olunan kadrlara qarşı tələbi dövlət orqanları müəyyənləşdirərək bizə təqdim etməlidir”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm