• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Hərbi liseylərə qəbul olmaq istəyənlərin nəzərinə

Hərbi liseylərə qəbul olmaq istəyənlərin nəzərinə

Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçiriləcək.

Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 27-də keçiriləcək imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.

İmtahanda 1725 abituriyentin (Bakı şəhərində 1293 nəfər, Naxçıvan şəhərində 432 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 148 nəfəri Hərbi Tibb Məktəbinə, 1577 nəfəri isə hərbi liseylərə imtahan verəcək. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 132 nəzarətçi-müəllim cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR