• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Boş qalan yerlərə ərizə qəbulu başladı

Boş qalan yerlərə ərizə qəbulu başladı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edib, müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib. DİM-dən Publika.az-a verilən məlumatda 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edildiyi bildirilib.

Azərbaycan Tibb Universiteti

311422

Gigiyena

2

311439

Epidemiologiya

2

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

313261

Narkologiya

1

313278

Ftiziatriya

1

313326

Gigiyena

2

313334

Epidemiologiya

3

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

324115

Ftiziatriya

1

*324123

Mikrobiologiya

1

Respublika Narkoloji Mərkəzi

332118

Narkologiya

3

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

*333114

Mikrobiologiya

1

333122

Gigiyena

2

333139

Epidemiologiya

2

1 nömrəli Respublika Psixiatriya Xəstəxanası

339117

Psixiatriya

2

3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası

343118

Anesteziologiya-reanimatologiya

2

343183

Laboratoriya işi

1

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

*346115

Sosial gigiyena və səhiyyənin təşkili

1

Naxçıvan Dövlət Universiteti

361132

Uşaq cərrahiyyəsi

1

361149

Travmatologiya-ortopediya

1

361165

Psixiatriya

1

361198

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

2

*361246

Sosial gigiyena və səhiyyənin təşkili

2

*361254

Mikrobiologiya

1

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı

362145

Travmatologiya-ortopediya

1

Müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun 28-29-da saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR