• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Kollecə qəbul olmaq istəyənlərin nəzərinə

Kollecə qəbul olmaq istəyənlərin nəzərinə

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust tarixində saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir.

Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR