SABAH qruplarının tələbələrinə verilən bu imtiyazlar ləğv edilir - - FOTO
Bizi izləyin

Elm və təhsil

SABAH qruplarının tələbələrinə verilən bu imtiyazlar ləğv edilir - - FOTO

Növbəti tədris ilindən SABAH yataqxanasında yaşayış ödənişsiz, yemək xərcləri isə ödənişli olacaq.
SABAH qruplarında tədris alacaq və yataqxanada qalacaq tələbələrə göndərilmiş məktublarda qeyd edilib.

Bu il SABAH qruplarına qəbul olunmuş və yekun qeydiyyat zamanı yataqxanaya ehtiyac barədə seçimi işarələnmiş tələbələr avqustun 27-dək qeydiyyatdan keçməlidirlər. Axşam yeməyi 3 manat, kompleks paket halında seçilən səhər, günorta, axşam yeməyinin qiyməti 7 manatdır.

Yemək xidmətinin ödənişi tələbələrlə yataqxanaya yerləşmə zamanı idarəedici şirkətlə bağlanılacaq müqavilə əsasında aylıq olaraq hər ayın ilk 10 günü ərzində tələb olunacaq. Tələbələr hər ayın əvvəli ödəniş etmədən əvvəl həmin ay yemək təklifindən istifadə edəcəkləri günlərin sayını (ay ərzində 25-dən az olmamaqla) qeyd etməlidir. Mart ayındakı bayram günləri nəzərə alınaraq bu ay ərzində yemək təklifindən istifadə edəcəkləri günlərin sayı minimum 10 ola bilər. Tələbələr ödəniş olunmuş, lakin ay ərzində istifadə olunmamış yemək xidmətini digər aylarda istifadə edə bilər.

Publika.az xəbər verir ki, bu yeniliyi şərh edən təhsil eksperti Kamran Əsədov bunu təhsilin inkişafına böyük maneə adlandırıb:

“Azərbaycanda ali təhsilinin inkişafı, peşəkar kadrların hazırlanması üçün mükəmməl bir layihə həyata keçirilir. Bu da Azərbaycan brendi olan SABAH qruplarıdır. SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Yarandığı gündən etibarən SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edirdi.
Təəssüf ki, artıq imkanı zəif olan tələblərə yaradılmış bu gözəl şərait və imkanlar ləğv olunur.

Maddi vəziyyəti o qədər də yaxşı olmayan minlərlə tələbə bu layihədən istifadə edərək həm yüksək səviyyədə təhsil alırdı, həm də yaşayış və digər məsələləri həll edirdi.Lakin yeni tədris ilindən etibarən SABAH qrupunda təhsil alan tələbələrin bütün imtiyazları dayandırılır.

Hesab edirəm ki, bu, onsuz da yaxşı vəziyyətdə olmayan ali təhsil müəssisələrinin kadr hazırlığına vurulan zərbədir. Tələbələrə edilən güzəştlər dayandırılmamalıdır, onlara verilən imkanlar davam etdirilməlidir. Çünki orda təhsil alan tələbələrin maddi imkanları tələbləri qarşılamağa imkan vermir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm