• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Məktəbli yarmarkalarında vəziyyət necədir? - FOTOLAR

Məktəbli yarmarkalarında vəziyyət necədir? - FOTOLAR

Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Artıq bir neçə gündür paytaxtın müxtəlif ərazilərində məktəbli ləvazimatları yarmarkaları təşkil edilib.

Publika.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti tərəfindən təşkil edilən yarmarkalar metrounun “28 May”, “Elmlər Akademiyası”, "İnşaatçılar", “Nəriman Nərimanov”,"Koroğlu" və "Neftçilər" stansiyalarının yaxınlığında fəaliyyət göstərir.

“28 May” metrostansiyası yaxınlığındakı yarmarkada alıcılar da, satıcılar da vəziyyətdən razı görünürdülər.

Satıcılar deyir ki, yarmarkalarda qiymətlər marketlərdən çox ucuzdur. Elə müştəriləri də cəlb edən əsas məqam qiymətdir. Onlar məhsulların çeşidliliyinin də alıcıların ürəyincə olduğunu deyir.

Alıcılar isə deyir ki, yarmarkadan razı qalmasının səbəbi qiymət məsələsində satıcı ilə dil tapa bilmələridir.

Məktəbli yarmarkaları hələ sentyabrın 20-dək fəaliyyət göstərəcək. Yəni valideynlər tədris ili başlanana qədər, hətta sonrakı günlərdə də yarmarkaların xidmətindən yararlana biləcək. Təlabat olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər.

Qeyd edək ki, bu il paytaxtda 443 mindən çox şagirdin birinci sinfə qəbul olunacağı gözlənilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR