Təhsil Nazirliyindən dərsliklərlə bağlı MÜRACİƏT
Bizi izləyin

Elm və təhsil

Təhsil Nazirliyindən dərsliklərlə bağlı MÜRACİƏT

2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

“Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm