Müəllimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanacaq
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanacaq

Təhsil Nazirliyi növbəti ildə də müəllimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayacaq.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib:

“Bəzi məsələlər var ki, onlar bəlkə də təkmilləşməlidir. Bunlar hamısı nəzərə alınacaq və yeni qaydalar hazırlanacaq”.

E.Bağırov deyib ki, əgər əvvəlki illərdə müəllimlər müsabiqə nəticəsində təyinat alaraq işə başlayırdılarsa, onlar təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdular. Növbəti ildən isə onların əmək haqları artırılırdı. Artıq ölkə başçısının sərəncamına əsasən, müsabiqədən keçən namizədlər də diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur:

“Bu, yeni – ötən həftə imzalanan sərəncama əsasən, baş tutdu. Artıq yeni təqvim ilindən diaqnostik qiymətləndirmədən keçməsə belə işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər də əmək haqqlarını artımla alacaqlar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm