• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Oxunması zəruri olan kitablar sağlam gəncliyin formalaşması üçündür

Oxunması zəruri olan kitablar sağlam gəncliyin formalaşması üçündür

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bəzi informasiya saytları Sərəncamın mahiyyətini və əhəmiyyətini başa düşmədən “mülahizələr” səsləndirir, gənclər tərəfindən oxunması zəruri olan kitabları bütün muxtar respublika əhalisinə məcburi oxutdurulan kitablar kimi təqdim etməyə cəhd göstərirlər.

Əslində Sərəncamda oxunması məcburi yox, zəruri olan kitablar gənc nəsil üçün nəzərdə tutulub. Təhsil və mədəniyyət müəssisələrində bu kitablardan ibarət guşələr yaradılacaq ki, bu da kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edəcəkdir. Bir sözlə, söhbət ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasından gedir.

Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Sərəncamda Ali Məclis Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi tapşırılmışdır. Yəni, bu siyahı yeni nəşrlər hesabına daim zənginləşdiriləcəkdir.

Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycanın böyük bir ziyalı nəslini yetişdirən Qori Müəllimlər Seminariyasında da oxunması zəruri olan kitabların siyahısı təsdiq və təşviq olunmuşdur.

Kitab və mütaliə mədəniyyəti haqqında təsəvvürü olmayanların isə diqqətinə çatdırırıq ki, fikir yürütməzdən, ictimaiyyətə ziddiyyətli məlumatlar verməzdən əvvəl, yaxşı olar ki, Sərəncamı diqqətlə oxusunlar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR