Təhsilin keyfiyyətinin artırılması üçün ADDIMLAR ATILACAQ
Bizi izləyin

Elm və təhsil

Təhsilin keyfiyyətinin artırılması üçün ADDIMLAR ATILACAQ

Ötən il 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələri 4.75 faiz artıb. 11-ci sinfin buraxılış imtahanları üzrə də məzunların göstəricilərində artım müşahidə edilir.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu il qəbul imtahanlarının iki dəfə keçirilməsi Bakı şəhəri üzrə məzunların qəbul göstəricilərinə müsbət təsir göstərib: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdən 5 məzun 700 bal toplayıb. 500-600 bal toplayanların da sayı artıb”.

M.Vəliyeva bildirib ki, bu il də təhsilin keyfiyyətinin artırılması üçün fəaliyyət planı təsdiq edilib: “Həmin plan təhsilin bütün pillələrini əhatə edir. Bu planı əsas tutaraq cari il ərzində də təhsilin keyfiyyətinin artırılması üçün tədbirlər həyata keçirəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm