Yaponlar Azərbaycanın bu universitetinə 131 min manat sərmayə qoydu
Bizi izləyin

Elm və təhsil

Yaponlar Azərbaycanın bu universitetinə 131 min manat sərmayə qoydu

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılış mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Abel Məhərrəmov ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. A.Məhərrəmov bu ilin sentyabrında Azərbaycanın Yaponiya ilə diplomatik münasibətlərinin 25 ilinin tamam olduğunu qeyd edib. O, müəllim-tələbə heyətinin ixtiyarına veriləcək bu auditoriyaları həm də həmin yubileylə əlaqələndirib. RektorYapon dilinin Azərbaycanda ilk dəfə 2000-ci ildən BDU-da yüksək səviyyədə tədris olunduğunu bildirib, yeni tədris ilində dörd auditoriyanın istifadəyə verilməsini də Yaponiya dövləti tərəfindən universitetə göstərilən diqqət kimi dəyərələndirib.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Avropa ilə Asiyanı birləşdirən Azərbaycanın Yaponiya üçün əhəmiyyətli ölkə olduğunu, münasibətlərimizin ötən illərdə davamlı şəkildə inkişaf etdiyini bildirib. BDU-nun bir çox məzunlarının səfirlikdə çalışdıqlarını və onların yalnız savadları ilə deyil, həm də yüksək mədəniyyətləri, qabiliyyətləri ilə fərqləndiklərini qeyd edib. Səfir nüasir avadanlıqlarla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini Yapon dilinin tədrisində səmərəli olacağını və tələbələrdə stimul yaradacağını da qeyd edib.

Çıxışlarda əsaslı təmir və müasir texniki avadanlıqlarla təchiz edilmiş, ümumilikdə 131 min manat vəsait hesabına başa gəlmiş auditoriyaların Yapon dilinin tədrisi istiqamətində faydalı olacağına əminlik ifadə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm