Elm və təhsil
Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq
Gələcəkdə imtahanların cavablarının yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsi ilə də aparılacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib: "Narahatlıq ondan ibarətdir ki, bu prosesə hansısa müdaxilə mümkündür, ya yox. Tam məsuliyyətlə deyə bilərəm ki, biz bununla bağlı 2012-ci ildən iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var, bu proqram təminatı neçə illərdir keçirdiyimiz monitorinqlərdə tətbiq edilib. Bu il həmin proqram təminatı vasitəsilə buraxılış imtahanlarında olan 200 min işi yoxlamışıq və yoxlama zamanı da heç bir faktor bu prosesə təsir göstərməyib. Valideynləri tam əmin edirəm ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərməyəcək".
DİM rəhbəri abituriyentlərə müraciət edib: "Abituriyentlərə demək istəyirəm ki, bu dəyişikliklərlə bağlı narahat olmasınlar. Proses tam şəffaf şəkildə keçiriləcək. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək. Hər bir abituriyent öz işi ilə tanış ola biləcək. Dəyişikliklər barədə yaxın 10 gün ərzində geniş açıqlama veriləcək". (trend)
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR