• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

Beynəlxalq Təlim və Layihə Mərkəzinin hər zaman əsas prioriteti cəmiyyətin maarifləndirilməsi, sağlam təhsilin verilməsi olub.

Publika.az xəbər verir ki, bunun nəticəsi olaraq bu günə kimi yüzlərlə tələbə, eyni zamanda işçi təlim və təcrübə qazandığı təhsil mərkəzi öz komandasının peşəkarlığının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirib. Bu əməkdaşlardan biri də mərkəzin Layihələrin İdarəedilməsi Departament direktoru Zəfər Həsənovdur. Zəfər Həsənov qrant layihələri üzrə ekspertdir. O, ilk magistatura təhsilini Amerikanın Mərkəzi Florida Universitetində alıb. Əlavə olaraq, Corc Vaşinqton Biznes məktəbi tərəfindən təşkil olunan “Master Certificate in Project Management” proqramını bitirib. Həyat boyu inkişaf təşəbbüsünün bir hissəsi kimi, o dünyanın aparıcı universitetlərindən olan Harvard Universiteti, Corc Vaşinqton Universiteti, Varvik Universiteti və Birləşmiş Ştatların Fövqəladə halların idərəedilməsi agentliyinin təşkil etdiyi, bir neçə icraçı səviyyədə təşkil olunan təlimlərdə və sertifikat proqramlarında iştirak edib. Fəaliyyəti dövründə Azərbaycanın reytinqli universitetlərindən birində European Union Education və Audiovisual and Culture Executive Agency (EACEA) tərəfindən maliyyələşdirilən bir çox təhsillə bağlı grant layihələrin icrası, inkişaf etdirilməsi, idarə olunmasını həyata keçirib.

Bu il isə Zəfər Həsənov Cambridge Universitetinin “Təhsil üzrə Liderlik və Məktəblərin İnkişafı” ixtisasının məzunu olub. Bu ixtisasa 200 nəfər tələbə qəbul olmuş və bu ixtisas üzrə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya regionları üzrə seçilən və Azərbaycanı təmsil edən yeganə şəxs Zəfər Həsənovdur.

Beynəlxalq Təlim və Layihə Mərkəzidünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq, təsis edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR