Elm və təhsil
Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanıldı

Bu gündən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən
məlumata görə, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5
yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji
dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına
yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil
mühitinə uyğunlaşdırmaqdır.
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında,
müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə
təşkil edilib. Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam
olmuş uşaqlar qəbul olunub və təhsil dövlət hesabına həyata
keçirilir. Həftədə 4 gün, gün ərzində 3 məşğələ tədris olunacaq
qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə
isə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf
aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”,
“Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün
inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət”
məşğələləri keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan
uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Bu qruplarda dərs
ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.

-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq