Bakı məktəblərində bu peşələrə EHTİYAC VAR
Bizi izləyin

Elm və təhsil

Bakı məktəblərində bu peşələrə EHTİYAC VAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işə qəbul üzrə müsabiqə elan edir.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə, müsabiqə təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələri üzrə keçiriləcək.

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat müddəti qeydiyyat bu gündən başlamaqla, 10 təqvim günü ərzində davam edəcək və oktyabrın 12-si saat 23:59:59-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.Qeyd edək ki,müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm