Xaricdə pulsuz təhsil ala biləcəyiniz ƏN YAXŞI UNİVERSİTETLƏR - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Xaricdə pulsuz təhsil ala biləcəyiniz ƏN YAXŞI UNİVERSİTETLƏR - - FOTOLAR

Xaricdə təhsil almaq çox insanın arzusu olsa da, bu təhsil və yaşayışın tələb etdiyi xərclər üzündən elə arzu olaraq qalır. Lakin dünyada ödənişsiz və ya cüzi məbləğ qarşılığında keyfiyyətli təhsil verən universitetlər də mövcuddur.

Publika.az həmin universitetləri təqdim edir.

1. Tallin Texnologiya Universiteti (Tallinn University of Technology) - Estoniya

Bu universitet Estoniyada yerləşən yeganə texnologiya universitetidir.

2. Mərkəzi Avropa Universiteti (Central European University) - Macarıstan

Bu universitet Macarıstanın paytaxtı Budapeştdə yerləşir. Olduqca zəngin kitabxanaya malik olan təhsil ocağının masterlərinin 80%-i, doktorların 92%-i 100% təqaüdlə təhsil alır.

3. Bremen Universiteti (University of Bremen) - Almaniya

1971-ci ildə qurulan Bremen Universiteti Almaniyada “elit universitet” siyahısında yer alan 11 təhsil ocağından biridir. Bütün sessiya və ali proqramlara, şəhərdaxili nəqliyyat daxil olmaqla, hər semester üçün 275 avro ödəyərək burada təhsil ala bilərsiniz.

4. Milli Tədqiqat Universitetinin İqtisadiyyat Məktəbi (National Research University Higher School of Economics) - Rusiya

Rusiyanın paytaxtı Moskvada yerləşən universitetdə bütün doktorantura fakültələri ödənişsizdir.

5. Alto Universiteti (Aalto University) - Finlandiya

Finlandiyanın paytaxtı Helsinkidə yerləşən universitetdə bütün təhsil proqramları ödənişsizdir.

6. Vyana Universiteti - Avstriya

1365-ci ildə Avstriya kralı IV Rodolf tərəfindən qurulan Vyana Universiteti Orta Avropanın ən qədim universitetidir. Burada 130 bölmə, 50 institut mövcuddur. Dünyanın ən yaxşıları siyahısında olan universitetdə semestr başına 726 avroya istənilən bölümdə təhsil almaq olar.

7. Praqa Çarlz Universiteti (Charles University in Prague) - Çexiya

Turizm mərkəzlərindən biri olan Praqada 500 avrodan başlayan qiymətlərlə istədiyiniz bölümdə oxuya bilərsiniz.

8. Köln Universiteti (University of Cologne) - Almaniya

Almaniyanın köklü universitetlərindən biri olan Kölndə bakalavr və magistr proqramlarında 250 avro qarşılığında oxumaq mümkündür.

9. Kaunas Texnologiya Universiteti (Kaunas University of Technology) - Litva

Bu universitetdə semestr başına 700 avrodan başlayan qiymətlərlə təhsil ala bilərsiniz.

10. Belqrad Universiteti (University of Belgrade) - Serbiya

Serbiyanın paytaxtında yerləşən universitet Balkanlarda yerləşən ən böyük universitetlərdən biridir. Burada ildə 1000 avro ödəməklə təhsil ala bilərsiniz.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm