Nazirin Müəllimlər Günü TƏBRİKİ
Bizi izləyin

Elm və təhsil

Nazirin Müəllimlər Günü TƏBRİKİ

Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov Beynəlxalq Müəllimlər Günü münasibətilə ünvanladığı təbrikdə deyib.

“Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm