Təhsil naziri qəbul imtahanlarındakı YENİLİKLƏRDƏN DANIŞDI
Bizi izləyin

Elm və təhsil

Təhsil naziri qəbul imtahanlarındakı YENİLİKLƏRDƏN DANIŞDI

"Ali məktəbələrə qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər prosesin sadələşməsinə xidmət edir".

Publika.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Yeniliyi şərh edən nazir bildirib ki, 25 ildir tətbiq edilən bir sistem bu illər ərzində təhsilə xidmət etdi və bundan sonra da edəcək: “Lakin eyni vaxtda mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalıyıq. 9 il bundan öncə bizim məktəblərdə yeni tədris proqramı qəbul edildi. Bu da baş verən dəyişikliklərin nəticəsidir. Bu sahə ilə məşğul olan insanlarımız qonşu dövlətlərin də təhsil təcrübəsini öyrənir. Bu gün Azərbaycanda təhsil sahəsində müzakirə edilən dəyişikliklər heç də unikal deyil. Rusiyada, Türkiyədə də oxşar proseslərin zaman-zaman getdiyini, imtahan formasının təkmilləşdirildiyini görmək mümkündür. Bu yeniliklər günün və əmək bazarının tələblərinə uyğun biliklərin qiymələndirilməsini aktuallaşdırır”.

Nazir bildirib ki, imtahanın keçirilmə qaydasının dəyişdirilməsi formatın sadələşdirilməsinə hesablanıb. “İmtahan fənlərinin sayının azalmasını da buna nümunə göstərə bilərik. Bu yeniliklə həm də məktəb imtahanının dəyəri artır. İlk dəfə olaraq təhsildə iki sahə ilə məşğul olan qurumun birgə təşəbbüsü ilə dəyişikliklər barədə 2 il öncə məlumat verilir. Hesab edirəm ki, bu, abituriyentlər və valideynlərin hazır olması üçün imkan yaradır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm