BDU təhsil sərgisində təmsil olunub - FOTO
Bizi izləyin

Elm və təhsil

BDU təhsil sərgisində təmsil olunub - FOTO

Məlum olduğu kimi, bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub.

Publika.az xəbər verir ki, Bakı Dövlət Universiteti də sərgidə təmsil edilir.

Tədbirdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov və sərgi iştirakçıları müxtəlif stendlərlə tanış olub. Bakı Dövlət Universitetinin stendi təqdim edildikdən sonra rektor, akademik Abel Məhərrəmov universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib. Sonra əyani təcrübələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm