“Zəngəzur tarixi” nəşrə hazırlanır - FOTO
Bizi izləyin

Elm və təhsil

“Zəngəzur tarixi” nəşrə hazırlanır - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Publika.az-a verdiyi məlumata görə, institutun Elmi Şurasının bugünkü iclasında “Zəngəzur tarixi” kitabının çap işi ilə bağlı vəziyyət geniş müzakirə edilib və konkret qərarlar qəbul olunub.

Elmi Şuranın iclasında tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubiliyenin keçirilməsi, Avstriya arxivlərində araşdırmalar aparılması, Azərbaycan-Polşa əlaqələri tarixi mövzusunda tədbirin keçirilməsi, tarixçi-alim Polad Xəlilovun “Bakı neft sənayeçiləri qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının çapa məsləhət görülməsi və digər məsələlər barədə qərar verilib.

Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixi XVI əsrə - Səfəvilər və Habsburqlar sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır: “Avstriyada olan Səfəvilər dövrü ilə bağlı arxiv sənədləri Azərbaycana gətiriləcək”.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutu ilə sıx əlaqə saxlayaraq, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir arasında yazışmalara dair arxiv sənədi aşkar edib. Bununla bağlı olaraq, Azərbaycanın ortaəsrşünas alimləri Polşaya səfər edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm