Azərbaycan dərsliyində BİABIRÇILIQ: "Böyük Ermənistan"
Bizi izləyin

Elm və təhsil

Azərbaycan dərsliyində BİABIRÇILIQ: "Böyük Ermənistan"

10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Azər Həsrət feysbuk hesabında yazıb:

“Təsəvvür belə etmək istəməzdim, amma bu, baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir "Şərq - Qərb" nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində dənizdən dənizə böyük Ermənistanın xəritəsi verilib!”

Onun sözlərinə görə, Təhsil Naziriyi məsələdən xəbər tutan kimi həmin kitabları məktəblərdən yığışdırmaq üçün işə başlayıb:

“Səs-küy qopub, etirazlar başlayıb, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb. Ola bilər ki, proses hələ başa çatmayıb. Hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu "dərslik"ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur. Mövzu diqqətimizdədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm