• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Müəllif dərslikdəki "Böyük Ermənistan" xəritəsindən DANIŞDI: "İstənilən cəzaya hazıram"

Müəllif dərslikdəki "Böyük Ermənistan" xəritəsindən DANIŞDI: "İstənilən cəzaya hazıram"

Son günlər haqqında müzakirələr aparılan 10-cu sinif “Tarix” dərsliyinin müəlliflərindən Kamran Əsədov Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

K.Əsədov bildirib ki, qeyd olunan xəritə yalnız rus bölməsi “Tarix” dərsliyində verilib, Azərbaycan bölməsində həmin xəritə yer almayıb:

“Həmin xəritədə "Böyük Ermənistan"dan söhbət getmir. Xəritə qədim dövr Roma sərhədlərini göstərir. Bənövşəyi xətlə göstərilən ərazilər Romanın işğal etdiyi yerlərdir. Orada Roma imperiyasına daxil olan bütün ərazilər Assuriya, Mesopotamiya da göstərilib. Əgər belədirsə, Ərəb Xilafəti xətirəsində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir”.

K.Əsədov səhvin nədən qaynaqlanmasına da aydınlıq gətirib. O vurğulayıb ki, dərslik müəllifi olaraq Azərbaycan dilində xəritə tapmaqda çətinlik çəkirlər: “Biz dövrlərə uyğun Azərbaycan dilində xəritələr tapmaqda çətinlik çəkirik. Məcbur qalıb dünya mənbələrindən xəritələr əldə edirik. Bu dərsliklər yalnız Azərbaycan deyil, rus, gücü, digər azsaylı xalqların dilində hazırlanır. Bu dərslikdə 120-dən çox yeni xəritə vermişik, ola bilər ki, bir xəritədə diqqətdən yayınma olub. Düzdür, xəritədə erməni ərazisinin göstərilməsi xoş deyil. Lakin həmin xəritəni rusdilli mənbələrdən götürmüşük və düzdür, bu məqam diqqətdən yayınıb. Ancaq bu xəritədə heç də Ermənistan ərazisindən söhbət getmir. Sadəcə olaraq e.ə. 66-65-ci illərdə Roma imperiyası bu ərazilərə yürüş edib və onları tabe edib. E.ə. 20-ci ildə Atropatenanı ələ keçiriblər. Xəritədə Ermənistan yazılan ərazi Azərbaycan deyil, Şərqi Anadoludadır. Azərbaycan tarixində də göstərilir ki, həmin ərazidə kiçik erməni çarlığı olub. Bundan başqa 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub və VII cildlik “Azərbaycan Tarixi”nin I cildində, VI sinif “Azərbaycan tarixi” kitabında da bu, qeyd olunub. Həmin vaxt biz də Sasanilərin tərkibində Romaya qarşı döyüşürdük. Lakin bu xəritəni "Böyük Ermənistan" kimi təqdim etmək doğru yanaşma deyil. Rus bölməsinə tərcümədə bu xəritə verilməsəydi, daha yaxşı olardı. Ancaq mövzu Romadır, bu imperiyanın sərhədləri qeyd edilir. Həmin sərhədlər daxilində ermənilər də var, biz bunu dünyanın siyasi xəritəsindən silə bilmərik. Burada Ermənistan sərhədlərindən söhbət getmir”.

K.Əsədov vurğulayıb ki, rus bölməsi “Tarix” dərsliyi məktəblərdən toplanıb, düzəliş edilib, növbəti həftədən təkrar paylanacaq: “Bu dərsliklə bağlı qanunvericiliyin tələbi pozulubsa, istənilən məsuliyyətə və cəzaya hazıram. Lakin bir daha bəyan edirəm ki, bu, sadəcə texniki səhvdir. Bu qüsuru qabartmaqla düşmən dəyirmanına su tökməsinlər. Qüsur varsa, bunu aradan qaldırmaq çətin deyil”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR