Nizamini fars şairi kimi təqdim edən "OYAL"dan AÇIQLAMA - - FOTO
Bizi izləyin

Elm və təhsil

Nizamini fars şairi kimi təqdim edən "OYAL"dan AÇIQLAMA - - FOTO

“Oyal” şirkətinin ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərinin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahanə Sarı Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, bu səhv mexaniki yanlışlıq səbəbindən baş verib:

“Dəftərin üz qabığında Nizaminin Azərbaycan şairi olduğu və onun adını daşıyan muzeyin şəkli verilib. Dəftərin arxasında bu yanlışlıq əməkdaşlarımızdan birinin Vikipediyadan götürdüyü məlumatı diqqətsiz redaktəsi səbəbindən baş verib. Bu ixtisar sırf texniki olub və diqqətsizlik edilib. Artıq həmin dəftərlər satışdan çıxarılır. Gələcəkdə belə səhvlərin olmaması üçün bütün lazımı tədbirlər görüləcək”.

Qeyd edək ki, dəftərin üz qabığında Nizami Gəncəvi “Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”sözləri qeyd edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm