Şagirdlər arasındakı qanlı olayla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Şagirdlər arasındakı qanlı olayla bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda 151 nömrəli məktəbdə şagirdin bıçaqlanması xəbərinə açıqlama verib.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə, hadisə məktəbdən kənarda olub:

“151 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda baş verib. Hadisə oktyabrın 9-da axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib. Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil”.

Təhsil İdarəsindən bildirilib ki, Ə.Fərid və B.Əli məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm