Yaponiya nümayəndə heyəti BDU-da - FOTO
Bizi izləyin

Elm və təhsil

Yaponiya nümayəndə heyəti BDU-da - FOTO

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda səfərdə olan Yaponiyanın Komatsu şəhərinin meri Şinji Vadanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Universitetdən Publika.az-a verilən məlumata görə, rektor BDU-nun beynəlxalq əlaqələri, o cümlədən Yaponiya universitetləri ilə uğurlu əməkdaşlığa toxunaraq yapon dilinin Azərbaycanda ilk dəfə BDU-da 2000-ci ildən tədris olunduğunu xatırladıb.

Rektor ötən ay Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini yüksək dəyərləndirib.

Komatsu şəhərinin meri Şinji Vada BDU-nun Yaponiya universitetləri ilə əməkdaşlığını, o cümlədən yapon dilinin yüksək səviyyədə tədrisi nəticəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və elm-təhsil sahəsindəki layihələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Komatsu Dövlət Universitetinin Hazırlıq Komitəsinin sədri, Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıb.

Sonda qonaqlar universitetin Nanoaraşdırmalar mərkəzində, elmi tədqiqat və tədris laboratoriyalarında, Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, Şərqşünaslıq fakültəsinin yapon dili və ədəbiyyatının tədrisi auditoriyalarına baş çəkiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm