Elm və təhsil
Azərbaycanda 6 universitetin reytinqi yüksəldi

Bu günlərdə Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqinin açıqlayıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub. Reytinqdə təmsil olunan ali məktəblərimizin sayının artması diqqətəlayiqdir.Azərbaycanın ali məktəblərinə sıralamada Bakı Dövlət Universiteti başçılıq edir.
Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər. Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).
Təhsil Nazirliyindən verilən məlumatda vurğulanır ki, ali məktəblərimizin reytinq fəallığına əsasən, universitetlərimizin akademik və işəgötürənlər arasında nüfuzu artdığı müşahidə edilir:
“Reytinqin təhlili göstərir ki, BDU “akademik nüfuz” kateqoriyası üzrə 58.7, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 37.5, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 32.1, əcnəbi müəllimlərin sayı kateqoriyası üzrə 20, əcnəbi tələbələrin sayı kateqoriyası üzrə 11.8, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 12.4, elmi dərəcəli əməkdaşların sayı üzrə 69.1, elmi məqalələrinə olan istinadların sayına görə 17.2 balla qiymətləndirilib.
Xəzər Universiteti “akademik nüfuz” kateqoriyası üzrə 43.5, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 41.4, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 35.4, əcnəbi müəllimlərin sayı üzrə 100, əcnəbi tələbələrin sayı üzrə 74, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 1.7, elmi dərəcəli əməkdaşlarının sayı üzrə 75.8 balla qiymətləndirilib.
Ötən il Azərbaycan universitetləri arasında adıçəkilən reytinqdə 5-ci yerdə qərarlaşan UNEC builki nəticələrə görə iki pillə yüksələrək ən reytinqli 3-cü Azərbaycan universiteti olub. UNEC “akademik nüfuz” kriteriyası üzrə 34.1 bal toplayıb. Ali məktəbin “işəgötürənlər arasında nüfuz” göstəricisi isə bu il təxminən iki dəfə yüksələrək 39.9 balla qiymətləndirilib. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti üzrə 13.3, elmi dərəcəli əməkdaşlarının sayı üzrə isə 18.9 bal toplayıb”.

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR