• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Ermənilərin öldürdüyü Zəhranın faciəsi kitab oldu - FOTO

Ermənilərin öldürdüyü Zəhranın faciəsi kitab oldu - FOTO

Millət vəkili Aydın Mirzəzadə Ermənistan ordusunun qətlə yetirdiyi 2 yaşlı Alıxanlı sakini Zəhra Quliyevaya həsr olunmuş kitabın nəşr olunduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, sözügedən kitabı özünün tərtib etdiyini qeyd edərək, rəsmi materiallardan istifadə edildiyini bildirib:

“Bu gün mənim tərtibçiliyimlə “Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitab nəşrdən çıxdı. Kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəsində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevaya və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaranmış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insidentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm də Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki Azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb. Erməni nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir.

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar var”.

Millət vəkili bildirib ki, 11 fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil yer alıb. Kitab 500 tirajla “Azərbaycan” nəşriyyatında çap olunub. Kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarixi anı gələcək nəsillərə faktoloji formada təqdim etməkdir. Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub:

“Kitab yaxın günlərdə Füzuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcək. Kitabda AzərTac informasiya agentliyinin, Sia.az, Report.az, Azvizion.az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilib. Kitabın üz qabığındakı kollajın müəllifi ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədovdur. Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur”.

Xatırladaq ki, 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Mənfur düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.

Aqşin

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR