BDU-da Hüseyn Cavidin 135 illiyi QEYD EDİLDİ
Bizi izləyin

Elm və təhsil

BDU-da Hüseyn Cavidin 135 illiyi QEYD EDİLDİ

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları Hüquq fakültəsi I kurs tələbələrinin iştirakı ilə böyük dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova, dosent Sultan Seyidova, Əliheydər Ağakişiyev, İradə Məhərrəmova, Şəlalə Əliyeva, Filologiya fakültəsi Tədris-Metodiki Şurasının üzvü, dosent Reyhan Həbibli iştirak ediblər. Kafedranın dosenti Zöhrə Nəbiyeva bildirib ki, xalqın mənəvi yaddaşında silinməz izlər buraxan böyük sənətkar Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi nadir ustadlardan, romantizm ədəbi məktəbinin poeziyamızda və dramaturgiyamızda yaradıcılarından biri, milli teatrın inkişafında böyük rol oynayan incəsənət xadimi, əsərləri ilə neçə nəslin mənəvi tərbiyəsini formalaşdıran qüdrətli sənətkar-pedaqoq olub.

Hüquq fakültəsinin tələbəsi Nəzrin Əliyeva çıxış edərək bildirib ki, bütün türk xalqlarının mənəvi birliyini həyat və sənət idealı seçən Hüseyn Cavid xoşbəxt gələcəyi, azadlığı tərənnüm edən azad sənətkar idi. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək üçün dərslik kitabıdır".

Sonra tələbələrdən Prezident təqaüdçüsü İlhamə Hüseynli, Murad Orucov, Gültac İsgəndərli, Sara Quliyeva və başqaları ədibin həyat və yaradıcılığına həsr olunmuş çıxışlar edib, əsərlərindən parçalar söyləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm