İnstitut direktoru olmaq istəyənlərə YENİ İMKAN
Bizi izləyin

Elm və təhsil

İnstitut direktoru olmaq istəyənlərə YENİ İMKAN

AMEA Rəyasət Heyəti aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçki elan edib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu və Dendrologiya İnstitutlarına direktor vəzifəsinə vakansiya elan edilib.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair sənədləri (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın Biologiya və Tibb Elmləri Böl­məsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm