Azərbaycanda təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir

Bu gün Milli Məclisə təqdim edilən 19 maddədə dəyişikliklər “Elm haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Publika.az xəbər verir ki, bu barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

İ.Həbibbəyli bildirib ki, bu qanunların əksəriyyətində sadəcə bəzi ifadələr dəyişdiriləcək:

“Məsələn aspirantura sözü, doktorantura sözü ilə, “elmi tədqiqat” - “elmi müəssisə” sözü ilə, “elmi məzuniyyət”-“yaradıcılıq məzuniyyəti” sözü ilə ilə əvəz edilir. Elmi müəssisələrin adları olan yerdə elmi təşkilat əlavə olunur. Bu 19 qanundan yalnız 7-də fərqli müəddəalar var. Əmək Məcəlləsinə edilən dəyişiklikdə attestasiyanın keçirilməsi şərtləri müəyyən edilib. Elmi müəssisələrdə çalışanlar bu vaxta qədər vahid qaydada attestasiyadan keçirilmirdi. Bu da bir sıra bürokratik manelərə səbəb olurdu. Bundan sonra hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər”.

Millət vəkili bildirib ki, “Dövlət əmlakının özəlləşdirilməsi” qanununa edilən dəyişiklikdə elmi tədqiqat müəssisələrinin özəlləşdirilməməsi əlavə edilir.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bütün müəssisələrdə çalışanların 5 ildən bir attestasiyasının keçirilməsi mütləq tələb kimi irəli sürülməlidir:

“Biz “Dövlət qulluğu haqqında"qanunda 5 ildən bir attestasiyadan keçməsini qəbul etdik. Elmi işçilər 5 ildən bir attestasiyadan keçiririksə, mülkiyyət formasından asılı olmayaraq, bütün işçilər 5 ildən bir attestasiyadan keçməlidir. Bundan başqa, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna edilən dəyişikliyi, yəni, elmi tədqiqat müəssisələrinin özəlləşdirilməməsini doğru hesab etmirəm. Çünki, biz kapitalist münasibətlərə keçmişik və ali təhsil müəssisələri özəlləşdirilə bilər. Bəzi xarici ölkələrdə dövlət müəssisələri özəlləşdirənlərə əlavə imkan yaradılır. Özəlləşdirməyə çıxarılmayan müəssisələr siyahısına yenidən baxılmalı və dəyişiklik edilməlidir”.

İsa Həbibbəyli bildirib ki, təhsil müəssisələrinin özəlləşdirilməsini biz ötən əsrin 90-cı illərinin əvvəlində yaşadıq: “Bəzi təhsil müəssisələri özəlləşdiriləndən sonra profili dəyişdirildi. Müstəqilliyimizin bu dövründə hesab edirəm ki, elmi təhsil müəssisələrinin özəlləşdirilməsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, Əmək Məcəlləsi, "Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında", 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik, 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər ediləsi barədə Azərbaycan Respublikası qanununun layihəsində texniki dəyişikliklər edilərək qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm