Elm və təhsil
BDU-nun tələbəsi “Moskva merinin təqaüdü”nə layiq görüldü - FOTO
Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dördüncü kurs tələbəsi Yana Məlikova “Moskva merinin təqaüdü”nə layiq görülüb.
Publika.az-a BDU-dan verilən məlumata görə, Azərbaycandan bu təqaüdə layiq görülən 15 tələbədən biri olan Y.Məlikova əla oxuduğuna, ictimai fəallığına və rus dilində təhsil aldığına görə seçilib.
Təqaüd üçün ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçimlərdə əsasən aztəminatlı ailələrdən olan tələbələrə üstünlük verilir.
Latviya, Litva, Estoniya və Moldovada həyata keçirilən “Moskva merinin təqaüdü” proqramı Azərbaycanda 10 ildir ki, tətbiq olunur.
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı