İnstitutlarda yeni təyinatlar
Bizi izləyin

Elm və təhsil

İnstitutlarda yeni təyinatlar

AMEA-nın bir sıra institutlarında kadr dəyişikliyi olub.

Publika.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bügünkü iclasında qərar verilib.

Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov isə Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin ediliblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, hüquq üzrə fəlsəfə doktoru Samirə Qaramollayevanın Hüquq və İnsan Haqları İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın isə AMEA-nın Fəlsəfə İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, AMEA-nın İctimai Elmlər Bölməsinin Bürosunun və Qafqazşünaslıq İnstitutunun yeni Elmi şurasının tərkibinin təsdiq olunması barədə qərarlar qəbul edilib. AMEA Qafqazşünaslıq İnstitutunun "Qaf­qaz­şünaslıq" elmi-nəzəri jurnalının Azərbaycan, rus və ingilis dillərində təsis edilməsi və redaksiya heyəti tər­kibi təsdiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm