• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Cinayət hüququ problemlərindən bəhs edən YENİ KİTAB - FOTO

Cinayət hüququ problemlərindən bəhs edən YENİ KİTAB - FOTO

Bu gün “Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab evində hüquq elmləri doktoru, professor Şəhla Səmədovanın rus dilində yeni çapdan çıxmış “Проблемы уголовного права: классификация преступлений, дифференциация уголовной ответственности и построение санкций” (“Cinayət hüquqlarının problemləri: cinayətlərin təsnifatı, cinayət məsuliyyətinin differensiyası və sanksiyalarının quruluşu”) adlı kitabının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Şəhla Səmədova kitabda cinayət hüququ problemlərindən bəhs edildiyini deyərək 15 illik təcrübəsini bölüşdüyünü bildirib.

O, sözlərinə belə davam edib: “Kitabda müasir cinayət hüququnun üç aparıcı strukturu: cinayətlərin kateqoriyaları, cinayət məsuliyyətinin differensiyası və sanksiyaların tətqiqi əsas götürülüb. Kitabda cinayət məsələlərində olan ziddiyyətli məqamlar qarşılaşdırılıb. Bu monoqrafiyanın əsas məqsədi gələcəkdə cinayət hüququnun daha da humanistləşməsinə xidmək etməkdir. Bilirsiniz ki, cinayət qanunvericiliyinə bir sıra dəyişikliklər olunub ki, bütün bunlara öz kitabımda geniş şərh vermişəm. Bununla belə cinayət hüququ olduqca dərin sahədir və bu mövzuda dəyişikliklərə, humanizmə hər zaman ehtiyac var. Düşünürəm bu monoqrafiya daha çox hüquq sahəsində magistr, elmi tədqiqat məsələlərində istifadə üçün çox faydalı olacaq”.

Hüquq elmləri doktoru İlham Rəhimov bu kitabın cinayət hüququ sahəsində yazılan ən qiymətli monoqrafiyalardan olduğunu vurğulayıb:

“Kitabda Şəhla xanım hüquq elminin bütün incəlikrinə toxunub desək, yanılmarıq. Düşünürəm ki, bu kitab həm hüquq elminə, həm də praktik hüquq işçilərinə çox qiymətli hədiyyədir”.

Təqdimatda hüquq sahəsində fəaliyyət göstərən bir sıra vəkillər, hüquq nümayəndələri iştirak edib.

Könül Cəfərli,

Foto: Elçin Murad

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR