Müəllimlərə MÜJDƏ: yanvardan MAAŞLAR ARTIRILIR
Bizi izləyin

Elm və təhsil

Müəllimlərə MÜJDƏ: yanvardan MAAŞLAR ARTIRILIR

2018-ci il yanvar ayından 45 minə yaxın müəllimin maaşı artacaq.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. 2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm