Əcnəbi alimlər Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının əsərlərinə 282 dəfə istinad edib
Bizi izləyin

Elm və təhsil

Əcnəbi alimlər Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının əsərlərinə 282 dəfə istinad edib

Bu il ərzində Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun əməkdaşlarının əsərlərinə xarici ölkələrin alimləri 282 dəfə istinad ediblər.

AMEA-dan Publika.az-a verilən məlumata görə, bu fikirlər Qafqazşünaslıq İnstitutunun elmi şurasının iclasında bildirilib.

AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının əsərlərinə isə 263 dəfə istinad olunub.

AMEA-dan bu il institutda bir elmi istiqamət və beş mövzu üzrə 13 iş yerinə yetirilib. Azərbaycanda bir monoqrafiya, kollektiv əsər və dərs vəsaiti, 42 məqalə, internet saytlarında və qəzetlərdə 20 məqalə, xarici ölkə nəşrlərində isə bir kitab (Türkiyə), 24 məqalə (ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Moldova, Polşa, Avstriya, Belarus, Qazaxıstan, Gürcüstan) çap olunub.

İnstitutun əməkdaşları 47 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış ediblər. Həmin elmi toplantıların 31-i Azərbaycanda, 16-sı isə xaricdə (Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna) keçirilib.

Ölkəmizdə ilk dəfə Qafqazşünasların Birinci Beynəlxalq Forumunun keçirilməsi institutun uğurlarındandır. Tədbirdə bir sıra ölkələrdən 175 alim və tədqiqatçı iştirak edib. Forumda Qafqaz ölkələrinin daxili ictimai-siyasi və iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana hərbi təcavüzü və xalqımıza qarşı törətdiyi soyqırımları, xüsusən Xocalı soyqırımı və digər problemlərə həsr edilmiş 163 məruzə müzakirə olunub.

İnstitut, həmçinin “Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda respublika elmi konfransı təşkil edib.

Cari ildə institut beynəlxalq əlaqələrin qurulması istiqamətində ilk addımlarını atıb. Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu ilə əməkdaşlığa dair niyyət memorandumu imzalayıb. İnstitut ABŞ, Böyük Britaniya, Çin, Rusiya, Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm