Türk-müsəlman xalqlarının soyqırımları ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bizi izləyin

Elm və təhsil

Türk-müsəlman xalqlarının soyqırımları ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşki­lat­çılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan Publika.az-a verilən məlumata görə, beynəlxalq konfransda "XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları" (1. 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar; 2. 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları; 3. 1948-1953-cü illərdə azər­baycanlıların öz tarixi torpaqlarından - Ermənistan SSR-in ərazisindən de­portasiyası; 4. 1988-1991-ci illərdə azər­baycanlıların öz tarixi torpaqlarından - Ermənistan Respublikasının ərazisindən depor­tasi­yasının başa çatdırılması; 5. 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Er­mənistan tərə­findən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr), "1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları" və "XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar" bölmələri üzrə məruzələr dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm