Təhsil Nazirliyi MÜDİR AXTARIR - Maaşı...
Bizi izləyin

Elm və təhsil

Təhsil Nazirliyi MÜDİR AXTARIR - Maaşı...

Təhsil Nazirliyi İnformasiya şöbəsinin İcraya nəzarət və statistika sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizənin surəti, əmək kitabçasının surəti, ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə), kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir), bir ədəd ağ fonda rəngli foto şəkil, son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayışı təqdim etməlidir.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 10-dan 25-dək Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Qeyd edək ki, İnformasiya şöbəsi, İcraya nəzarət və statistika sektoru, sektor müdiri vəzifəsinə ştat vahidi 1 yer, vəzifə maaşı 620 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm