Elm və təhsil
BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb
Bu gün Bakı Dövlət Universiteti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Abel Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əməkdaşlıq əlaqələrinin və imzalanacaq memorandumun əhəmiyyətini qeyd edərək beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən elmi və elmi-texniki proqramlarda, təcrübələrdə iştirakın vacibliyini bildirib.
Antiproton və İon Tədqiqatları Mərkəzini Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino Almaniyanın nüvə tədqiqat mərkəzləri və bu istiqamətdə fəaliyyət göstərən universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.
Görüşdə rəqabət qabiliyyətinin artırılması, sosial və iqtisadi sistemlərin inkişaf etdirilməsi, sosial-iqtisadi həyat standartlarının yaxşılaşdırılması üçün elm və texnologiyada əməkdaşlığın əhəmiyyəti mühüm amil kimi qiymətləndirilib, Azərbaycan ilə Almaniya elmi cəmiyyətləri arasındakı əlaqələri daha da gücləndirmək, tədqiqat mərkəzləri arasında yeni əməkdaşlıq formalarını təşviq etməyin zəruriliyi qeyd edilib.
Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO