1900 şəxs vəkil olmaq üçün YARIŞACAQ
Bizi izləyin

Elm və təhsil

1900 şəxs vəkil olmaq üçün YARIŞACAQ

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahan yanvarın 28-də Vəkillər Kollegiyası ilə birlikdə təşkil ediləcək.

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.

İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. Namizədlər http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı namizədlərə “Yaddaş kitabçası” da təqdim olunur. Burada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar verilir.İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm