Elm və təhsil
Orta məktəblər haqqında yeni qanun layihəsi
Milli Məclisin Elm və təhsil komitəsi bu il Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.
O bildirib ki, Elm və təhsil komitəsi artıq "Peşə təhsili haqqında" qanun layihəsi üzərində işi tam başa çatdırıb: "Bu layihə bir neçə dəfə beynəlxalq ekspertlərin iştirakı ilə də müzakirə edilərək təkmilləşdirilib. Layihə artıq MM-in plenar iclasına tövsiyə edilib. MM-in bu günlərdə başlayacaq yaz sessiyasında ilk iclaslarının birində "Peşə təhsili haqqında" qanun layihəsi deputatların müzakirəsinə veriləcək".
İ.Həbibbəyli əlavə edib ki, yeni qanun layihəsinin hazırlanmasına "Peşə təhsili haqqında" qanun layihəsinin 1-ci və 2-ci oxunuşda müzakirəsi keçirildikdən sonra başlanacaq:
"Yəqin ki, biz yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq". (Trend)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!