• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

Azərbaycanda müəllimlərin 28 faizi gənclərdir

Azərbaycanda müəllimlərin 28 faizi gənclərdir

Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş zamanı bildirib.

C.Bayramov onu da əlavə edib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunub və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib”.

Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR