Bağçalarda uşaqları HANSI TƏHLÜKƏ gözləyir?
Bizi izləyin

Elm və təhsil

Bağçalarda uşaqları HANSI TƏHLÜKƏ gözləyir?

"Bağçalarda işləyən müəllimlərin sağlamlıq məsələsinə həssas yanaşılmalıdır. Lakin bu gün heç də bütün məktəbəqədər təhsil müəssisələrində bu qaydalara əməl edilmir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası”na münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, bəzi bağçalarda məsuliyyətsizlikdən bu məsələlərə diqqət edilmir:

“Hər zaman ilin əvvəlində təhsil işçiləri tibbi müayinələrdən keçirlər. Onların həkim nəzarətindən keçdikləri barədə rəy verilir. Yoluxucu xəstəliyi olanlar, xarakterində pozuntu olanlar təhsil ocaqlarına buraxılmırlar. Nevroz, beynində pozuntular olan insanlar şagirdlərlə normal ünsiyyət qura bilmir və müəyyən problemlər yaranır. Bu gün xəstəliklərin sayı çoxalıb.

Bu məsələdə araşdırma aparmasam da, müşahidələr əsasında deyə bilərəm ki, heç də bütün bağçalarda təlim-tərbiyə və sanitar məsələlərinə eyni dərəcədə əməl edilmir. Ümumi götürəndə vəziyyət təqdirediləsi səviyyədə deyil. Təkcə tərbiyəçilərin səhhəti deyil, uşaqların qidalanması, istirahətinə də tibbi nəzarət qoyulur. Bağçalar təhsillə səhiyyənin birlikdə həyata keçirəcəkləri iş olmalıdır. Uşaq bağçalarının çoxunda bu nəzarət yoxdur. Xəstəliklərin çoxaldığı vaxtda buna ciddi yanaşılmalıdır. Bağçaların bəziləri özəldir və onların rəhbərləri çox zaman məsuliyyətsizlikdən bu məsələyə diqqət etmir. Ona görə də bu uşaqlara ciddi nəzarət olmalıdır. Bəlkə ciddi nəzarət olsa, uşaq bağçalarında işləyən müəllimlərlə bağlı tələblər reallaşa bilər”.

Ekspert bağçalarda çalışanların səhhəti ilə bağlı tələblərə qaneedici səviyyədə əməl edilmədiyini düşünür:

“Bəzi özəl uşaq bağçalarında çalışanlar təhsil, səhiyyə qaydalarından xəbərsizdir. Hesab edirəm ki, kadrlar yerində olsa, bu qaydalara əməl olunar”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası”na əsasən tibbi müayinədən imtina edən bəzi xəstəliklər aşkarlanan müəllimlərin məktəbəqədər təhsil sahəsində işləməsinə icazə verilməyəcək. Vərəm xəstəliyinin bütün klinik formaları, sifilis xəstəliyi, süzənək xəstəliyi, helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar, kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları, ruhi xəstəliklər, narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya), ağıreşitmə tam sağalana qədər onların məktəbəqədər təhsil müəssisələrində işləməsinə icazə verilməyəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm