Bakıdan Daşkəsənə gedən 24 yaşlı müəllimə - VIDEO
Bizi izləyin

Elm və təhsil

Bakıdan Daşkəsənə gedən 24 yaşlı müəllimə - VIDEO

Gülnar İsmayılova ötən il işə qəbul imtahanında iştirak edən 6 min müəllimdən biridir. Lakin o işləmək üçün şəhər mərkəzini yox, Daşkəsən rayonu Dəstəfur kəndini seçib.

Əslən Laçın rayonundan olan G.İsmayılova 1994-cü ildə Bakıda anadan olub. O, Sumqayıt Dövlət Universitetini bitirib və 2017-ci ildə Müəllimlərin İşə Qəbulu İmtahanında iştirak edərək Daşkəsən rayonunun Dəstəfur kənd məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi qəbul olub. Şəhər mühitində böyüyən Gülnar hazırda bu kənddə çalışır. Atası da ona dəstək olmaq üçün Dəstəfura köçüb.

Gülnar hesab edir ki, çətinliklərdən qorxmaq lazım deyil:

“Necə ki, mən şəhər mühitində böyüyüb, burada yaşayıram, düşünürəm, hər kəs bunu edə bilər. Hər bir müəllimin borcudur ki, yeni nəslin yetişməsində əlindən gələnin artığını etsin və müəllim adına layiq olsun”.

Publika.az Gülnar İsmayılova haqqında filmi təqdim edir. Film Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Təhsil Nazirliyi və Gənclər Təşkilatı Milli Şurasının təşkilatı dəstəyi ilə həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm