Leyla Seyidbəyli Doğum Evinə baş həkim təyin edildi - (YENİLƏNDİ)
Bizi izləyin

Elm və təhsil

Leyla Seyidbəyli Doğum Evinə baş həkim təyin edildi - (YENİLƏNDİ)

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Leyla Seyidbəyova Bakı şəhəri 7 saylı Doğum Evinə baş həkim təyin edilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva əmr imzalayıb.

L.Seyidbəyova öz ərizəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

***

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovanın vəzifəsindən azad edilməsi ilə bağlı əmr verilməyib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, L.Seyidbəyovanın işdən azad edilmək üçün ərizə yazması və ya hər hansı səbəbdən işdən ayrılması ilə bağlı heç bir məlumat yoxdur: “Bu barədə bizə məlumat verilməyib. Məlumat olduğu halda mətbuata açıqlama veriləcək”.

***

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Bu barədə adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

L.Seyidbəyova öz ərizəsi ilə işdən ayrılıb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edə ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. (anews,az)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm