Elm və təhsil
DİM qabiliyyət imtahanı üçün ekspert axtarır
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir.
DİM-dən Publika.az-a verilən məlumata görə, ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı musiqi sənəti, memarlıq və dizayn, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ekspert kimi iştirak etmək istəyən, ali və orta ixtisas təhsili müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqları və birliklərində, rəsm qalereyalarında, muzeylərdə çalışan mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə müsabiqə elan edir. Müraciət edən ekspertlər müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə malik olmalıdırlar və ya onların ən azı 5 illik pedaqoji iş təcrübəsi olmalıdır.
Arzu edən mütəxəssislər iş üçün müraciət anketini doldurmaqla, onu martın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə cavab verən mütəxəssislər DİM-ə müsahibəyə dəvət olunacaqlar.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK